ADU-da Çinin sirk sənətinə həsr olunmuş seminar keçirilib - Fotolar
Azərbaycan
Dillər Universitetində (ADU) universitetin nəzdində fəaliyyət göstərən Konfutsi
İnstitutu tərəfindən təşkil edilmiş və Azərbaycan sirkinin yaranmasının 70
illiyinə həsr olunan "İpək yolu ölkələrinin sirk sənəti” mövzusunda elmi
seminar keçirilib.
Tədbiri
açıq elan edən ADU-nun nəzdində fəaliyyət göstərən Konfutsi İnstitutunun
Azərbaycan tərəfindən direktoru, professor Rafiq Abbasov Çin xalqının
özünəməxsusluğu və ənənələrini özündə təcəssüm etdirən Çin sirk sənətinin
unikallığı, Çin sirk kollektivlərinin Azərbaycana qastrol səfərlərindən bəhs
edərək, əsası Azərbaycanın Ümummilli lideri Heydər Əliyevin Çinə tarixi səfəri
zamanı qoyulmuş Azərbaycan-Çin mədəni əməkdaşlığının mütərəqqi inkişafını
xüsusi vurğulayıb.
Seminarda
çıxış edən AMEA Memarlıq və İncəsənət İnstitutunun elmi əməkdaşı Rəcəb Məmmədov
milli sirk sənətinin tarixi və inkişaf perspektivləri,
Azərbaycanın sirk ənənələri və janrları barədə danışıblar. Seminarda iştirak
edən ADU-nun Regionşünaslıq və Beynəlxalq münasibətlər fakültəsinin Çinşünaslıq
ixtisası üzrə təhsil alan tələbələri Çin sirk sənətinin formalaşmasının tarixi
mərhələləri, Çin sirk ustalarının yüksək səviyyəli ifa bacarığı, Çinin sirk
sənətinin Asiya və Avropa xalqlarının mədəniyyətinə təsiri barədə çıxış ediblər.
Seminarın
sonunda Azərbaycan sirkinin tarixinə həsr olunmuş "Sirk mənim həyatımdır” adlı
sənədli film nümayiş olunub.