• cümə axşamı, 28 mart, 16:56
  • Baku Bakı 16°C

ADU-da Çinin sirk sənətinə həsr olunmuş seminar keçirilib - Fotolar

13.12.16 18:03 1163
ADU-da Çinin sirk sənətinə həsr olunmuş seminar keçirilib - Fotolar
Azərbaycan Dillər Universitetində (ADU) universitetin nəzdində fəaliyyət göstərən Konfutsi İnstitutu tərəfindən təşkil edilmiş və Azərbaycan sirkinin yaranmasının 70 illiyinə həsr olunan "İpək yolu ölkələrinin sirk sənəti” mövzusunda elmi seminar keçirilib.

Tədbiri açıq elan edən ADU-nun nəzdində fəaliyyət göstərən Konfutsi İnstitutunun Azərbaycan tərəfindən direktoru, professor Rafiq Abbasov Çin xalqının özünəməxsusluğu və ənənələrini özündə təcəssüm etdirən Çin sirk sənətinin unikallığı, Çin sirk kollektivlərinin Azərbaycana qastrol səfərlərindən bəhs edərək, əsası Azərbaycanın Ümummilli lideri Heydər Əliyevin Çinə tarixi səfəri zamanı qoyulmuş Azərbaycan-Çin mədəni əməkdaşlığının mütərəqqi inkişafını xüsusi vurğulayıb.

Seminarda çıxış edən AMEA Memarlıq və İncəsənət İnstitutunun elmi əməkdaşı Rəcəb Məmmədov milli sirk sənətinin tarixi və inkişaf perspektivləri, Azərbaycanın sirk ənənələri və janrları barədə danışıblar. Seminarda iştirak edən ADU-nun Regionşünaslıq və Beynəlxalq münasibətlər fakültəsinin Çinşünaslıq ixtisası üzrə təhsil alan tələbələri Çin sirk sənətinin formalaşmasının tarixi mərhələləri, Çin sirk ustalarının yüksək səviyyəli ifa bacarığı, Çinin sirk sənətinin Asiya və Avropa xalqlarının mədəniyyətinə təsiri barədə çıxış ediblər.

Seminarın sonunda Azərbaycan sirkinin tarixinə həsr olunmuş "Sirk mənim həyatımdır” adlı sənədli film nümayiş olunub.


banner

Oxşar Xəbərlər