ADU-da İctimai Nəzarət Şurasının üzvləri tələbələrlə görüşüb
Azərbaycan Dillər
Universitetinin (ADU) İctimai Nəzarət Şurasının üzvləri bütün fakültələr üzrə I-III
kurslarda təhsil alan tələbələrlə görüşlərə başlayıb. Görüşlərdə imtahan
hazırlığı, Bolonya sisteminin tətbiqi, tələbələrin sosial həyatı, təhsil
islahatları, IV İslam Həmrəyliyi Oyunlarında iştirak edən könüllülər,
universitetdaxili nizam-intizam və s. mövzular ətrafında müzakirələr aparılıb.
İnteraktiv şəkildə
keçirilən görüşlərdə tələbələri maraqlandıran suallar cavablandırılıb, ətraflı
izahat verilib.
Qeyd edək ki, ADU-nun
Elmi şurasının 28 dekabr 2016-cı il tarixli qərarına əsasən yaradılan 14 nəfərlik
İctimai Nəzarət Şurasının sədri "Konstitusiya” Araşdırmalar Fondunun rəhbəri
Əliməmməd Nuriyev, sədr müavini təhsil eksperti Nadir İsrafilov, katibi isə
modern.az saytının rəhbəri Elşad Eyvazlıdır.