• cümə axşamı, 25 aprel, 03:23
  • Baku Bakı 19°C

ADU-da “Daxili motivasiya üçün 3D səyahət” mövzusunda təlim keçirilib - Fotolar

18.11.16 13:21 1069
ADU-da “Daxili motivasiya üçün 3D səyahət” mövzusunda təlim keçirilib - Fotolar
Bu gün Azərbaycan Dillər Universitetinin(ADU) İnformasiya Resurs Kompleksində (İRK) Azərbaycan Respublikası Təhsil Nazirliyinin SABAH layihəsinin təşkilatçılığı ilə "Daxili motivasiya üçün 3D səyahət” mövzusunda təlim keçirilib. ADU-nun İnformasiya Departamentindən "Kaspi"yə bildirilib ki, interaktiv formada keçən təlimdəSABAH-ın baza ali təhsil müəssisələri olan müxtəlif universitetlərin tələbələri iştirak edib.

İngilis dilində ünsiyyətvə şəxsi inkişaf proqramıolanGR8-inhəmtəsisçisi və Biznes inkişafı üzrə meneceri, təlimçi Coşqun Kərimov öz fəaliyyəti, həmçinin şəxsi inkişafa həsr olunan "Kvan” adlı kitabı haqqında qısa məlumat verib.

Daha sonra o,"Daxili motivasiya üçün 3D səyahət”mövzusunda çıxış edib. Təlimçi,eyni zamanda hobbini işə çevirmək, dövrün tələblərinə uyğun fərdi inkişafınformalaşdırılması,təqdimat bacarığı və CV-nin (tərcümeyi-hal)düzgün hazırlanması yolları barədə danışıb.

Sonda o, təlimdə fəal iştirak edən 3 tələbəyə müəllifi olduğu"Kvan”kitabını hədiyyə edib.



banner

Oxşar Xəbərlər