• çərşənbə, 24 Aprel, 19:55
  • Baku Bakı 23°C

ADU-da “CLS Turkish” proqramının açılış mərasimi keçirilib

16.06.17 15:40 799
ADU-da “CLS Turkish” proqramının açılış mərasimi keçirilib
Azərbaycan Dillər Universitetində (ADU) "CLS Turkish” proqramının açılış mərasimi keçirilib.
Öncə ADU-nun Beynəlxalq əlaqələr üzrə prorektoru, proqramın Azərbaycan üzrə direktoru Jalə Qəribova iştirakçıları salamlayıb və proqram haqqında qısa məlumat verib.
ADU-nun rektoru, AMEA-nın həqiqi üzvü Kamal Abdulla ümid etdiyini bildirib ki, qarşıdakı 2 ayda iştirakçılar təkcə Türkiyə deyil, Azərbaycan haqqında da müəyyən təsəvvürə malik olacaqlar. Proqramın açılışının Azərbaycanda əlamətdar bir tarixə-Milli Qurtuluş Gününə təsadüf etdiyini deyən K.Abdulla bu günün tarixi barədə ətraflı məlumat verib. O, bildirib ki, xalqın xahişi ilə hakimiyyətə qayıdan Ümummilli lider Heydər Əliyev Azərbaycanı məhv olmaqdan xilas edib: "25 il ərzində Azərbaycanın təkcə küçələri, parkları deyil, Azərbaycan insanı dəyişdi. O, azadlığın nə demək olduğunu anladı. Bu gün Azərbaycan insanı daxilən dəyişir. O, yeni Avropa, dünya dəyərləri ilə yaşayan, onları öz həyatında görməyə çalışan bir insana çevrilir”. Keçilən yolun asan olmadığını deyən K.Abdulla ölkəmizdə hətta qəribə anlayış və terminlərin yarandığını xatırladıb və bunlardan birinə misal olaraq qaçqın məktəb barədə söz açıb. Ermənistanın Azərbaycana təcavüzü barədə geniş məlumat verən rektor iştirakçılara müraciət edib: "Heç zaman arzu etmirəm ki, siz öz ölkənizlə bağlı Azərbaycanın qarşılaşdığı problemlərlə qarşılaşasınız”. Rektor bu problemlərdən ən böyüyü kimi ikili standartlar probleminin adını çəkib: "İnanıram ki, vaxt gələcək, ikili standartlar öz yerini diplomatiyada səmimi münasibətlərə verəcək”.
K.Abdulla proqram iştirakçılarının 2 ay müddətində Azərbaycanla tanışlığının mühüm əhəmiyyətə malik olduğunu vurğulayıb: "İnanıram ki, 2 ay müddətində Azərbaycanla tanışlığınız türk dünyası ilə bağlı öyrəndiklərinizin çox gözəl didaktik fonuna çevriləcək. Bəlkə də gələcəkdə sizdə Türkiyə ilə yanaşı, Azərbaycanı da öyrənmək həvəsi yaranacaq. Bəlkə də gələcək səfərlərdə biz sizi Azərbaycanı öyrənən amerikalılar kimi görəcəyik. Biz istərdik ki, siz Amerikada bizim sizə sevdirmək istədiyimiz Azərbaycanın dostlarına çevriləsiniz”.
Daha sonra Amerika konsulluğunun Azərbaycan üzrə direktoru Codi Blakenşip çıxış edərək öz təşəkkürlərini ifadə edib və proqram iştirakçılarına uğurlar arzulayıb.
Prorektor J.Qəribova və proqramın ADU üzrə koordinatoru Ramiqə Şirəliyeva "Azərbaycan və Azərbaycan mədəniyyəti” ("Azerbaijan and Azerbaijani culture”) mövzusunda təqdimatla çıxış ediblər.
Qeyd edək ki, "CLS Turkish” proqramı çərçivəsində 28 nəfər amerikalı tələbə türk dilini öyrənəcək və proqram avqustun 14-ə kimi davam edəcək.
banner

Oxşar Xəbərlər