ADU-da çinli alimlə görüş keçirilib - Fotolar
Azərbaycan Dillər Universitetində (ADU)
universitetin nəzdində fəaliyyət göstərən Konfutsi İnstitutunun təşkilatçılığı
ilə Pekinin Mərkəzi İqtisad Universitetinin tanınmış alimi, tarix elmləri
doktoru Çjan Pin ilə görüş keçirilib.
Konfutsi İnstitutunun Azərbaycan tərəfindən
direktoru, professor Rafiq Abbasov iştirakçıları İnstitutun elmi, tədris və
ictimai fəaliyyəti, həmçinin tarixi İpək yolunun dirçəlməsi ilə qlobal "Bir kəmər
və bir yol” Çin layihəsinin həyata keçirilməsi istiqamətində aparılan
araşdırmalar haqqında məlumatlandırıb. O, Ümummilli lider Heydər Əliyevin siyasi
irsi barədə danışıb, həmçinin Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyevin Azərbaycan və Çin arasındakı çoxşaxəli dostluq və əməkdaşlıq
istiqamətində gördüyü işlərdən söz açıb və qonaqları müvafiq məlumat bazası ilə
tanış edib.
Çjan Pin görüşdən məmnunluğunu ifadə edərək Konfutsi
İnstitutunun Çin dili və tədrisi üzrə fəaliyyətini, eyni zamanda Azərbaycan cəmiyyətini
Çinin tarixi, mədəniyyəti və müasir həyatı ilə tanış etməsini yüksək qiymətləndirib.
Çinli alim Konfutsi İnstitutunun aktiv fəaliyyətinin Azərbaycan və Çin xalqları
arasındakı ənənəvi dostluq münasibətlərinin möhkəmlənməsinə böyük töhfələr
verdiyini vurğulayıb.
Sonda sosial
psixologiya, ekoloji problemlər və iqtisadi siyasət sahəsində mövcud əməkdaşlıq
haqqında fikir mübadiləsi aparılıb.