• cümə, 29 Mart, 02:34
  • Baku Bakı 7°C

ADU-da “Ağacəkmə günü” keçirilib - Fotolar

13.03.17 16:20 811
ADU-da “Ağacəkmə günü” keçirilib - Fotolar
Azərbaycan Dillər Universitetinin (ADU) nəzdində fəaliyyət göstərən Konfutsi İnstitutunun əməkdaşları və çinşünaslıq ixtisası üzrə təhsil alan tələbələr Çin milli bayramına həsr olunmuş "Ağacəkmə günü” münasibəti ilə universitet ərazisində ağacəkmə kampaniyasında iştirak ediblər.

Tədbirin əsas məqsədi insanların diqqətini yaşıl sahələrin qorunmasına cəlb etmək üçün Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın rəhbərlik etdiyi İDEA İctimai Birliyi tərəfindən görülən işlərə dəstək olmaqdır.

Konfutsi İnstitutunun direktoru, professor Rafiq Abbasov "Ağacəkmə günü”nün görkəmli siyasi xadim, Çin inqilabçısı Sun Yatsenin xatirəsinə həsr olunduğunu bildirib.
Qeyd edək ki, Sun Yatsen Çində quraqlıq və daşqınların aradan qaldırılması üçün ən mühüm tədbirləri görüb, həmçinin ağacların kütləvi əkininə təşəbbüs göstərib.





banner

Oxşar Xəbərlər