• cümə, 29 Mart, 16:20
  • Baku Bakı 14°C

ADR-in 100 illiyinə həsr edilmiş "Koreyanın ətri" konserti keçirilib

03.06.18 10:21 814
ADR-in 100 illiyinə həsr edilmiş "Koreyanın ətri" konserti keçirilib
Cənubi Koreyanın Azərbaycandakısəfirliyi tərəfindənAzərbaycanXalq Cümhuriyyətinin 100 illiyinə həsr edilmiş "Koreyanın ətri" konserti təşkil edilib.
APA-nın xəbərinə görə, iyunun 2-də konsertdə açılış nitqi ilə çıxış edən Koreyanın Azərbaycandakı səfiri Kim Çanq Qyu Azərbaycanın üzləşdiyi çətinliklərə qalib gələrək sülh və tərəqqiyə nail olduğunu vurğulayıb.
Koreya səfiri Azərbaycana gələcəkdə daha böyük inkişaf yolu arzu edib: "Bu gün burda koreyalı, azərbaycanlı ifaçılar cazz musiqisi və rəqslər nümayiş etdirəcək. Koreyanın milli və saray musiqisinin ən yaxşı nümunələri cazz musiqisi ilə sintez şəkildə təqdim ediləcək".
Koreya XİN-in mədəniyyət işləri üzrə baş direktoru Hong Seok da çıxışında əvvəlcə Azərbaycana ilk səfəri olduğunu vurğulayaraq burda olmaqdan böyük məmnunluq hissi keçirdiyini deyib.
"Ölkələrimiz arasında ortaq yönlərimiz var. Hər iki ölkənin də dili də Altay dil qrupuna aiddir. Mədəni və emosional oxşarlıqlarımız çoxdur. İkitərəfli əlaqələrimiz 1992-ci ildən inkişaf edib. Daha da önəmlisi son dövrlərdə vətəndaşlarımız bir-birini tanımaq üçün könüllü mübadiləyə başlayıbar. Hər il daha çox koreyalı Azərbaycanın qeyri-adi təbiətini görmək üçün bura səfərlər edir. Koreya mədəniyyəti ilə maraqlanan Azərbaycanlıların da sayı artmaqdadır. Gələcəkdə Azərbaycana səfər edəcək koreyalıların dayının artacağına əminəm və mənə elə gəlir ki, bundan sonra cənab səfirin işi daha da ağırlaşacaq", - XIN təmsilçisi əlavə edib.
O konsertin dəyərli hadisə olacağına ümidvarlığını ifadə edib: "Azərbaycanda "Könlün yolu ən qısa yoldur" kimi ifadə var. İnanıram ki, bugünkü konsert bu yolun açılmasına şərait yaradacaq. İndiki kimi ürək açıqlığı ilə əməkdaşlığa davam edəcəyimiz təqdirdə Azərbaycanla iki ən yaxın dost ölkə olacağımıza inanıram".
AzərbaycanXarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri Azər Hüseyn də çıxışında Koreya və Azərbaycan arasında diplomatik münasibətlərin 1990-cı ildə qurulduğunu və indi də bir çox sahələrdə əməkdaşlığın davam etdiyini deyib.
A.Hüseyn bildirib ki, keçirilən tədbirlər ikitərəfli əlaqələrin inkişafına böyük təkan verir: "Ölkələrimiz arasında beynəlxalq, regional təşkilatlar çərçivəsində dostluq mövcuddur. Koreya Respublikası Azərbaycanın ərazi bütövlüyünü tanıyır. Ümidvaram ki, gələcəkdə əməkdaşlığımızın daha da inkişafı istiqamətində məqsədyönlü fəaliyyət göstəriləcək".
Konsert musiqi və rəqs nümayişləri ilə davam etdirilib.
banner

Oxşar Xəbərlər