ADPU-nun müəllimləri LDU-da payız semestrinin imtahan sessiyasının gedişini izlədi
Azərbaycan
Dövlət Pedaqoji Universitetinin (ADPU) bir qrup müəllimi bu gün Lənkəran Dövlət
Universitetində (LDU) 2018-2019-cu tədris ilinin payız semestrinin imtahan sessiyasının gedişini izləyiblər. Tədbir Azərbaycan Dövlət Pedaqoji Universiteti (ADPU) ilə LDU arasında
2016-cı ildə imzalanmış müqavilənin
şərtlərinə əsasən keçirilib. Belə ki, Lənkəran Dövlət Universitetində
"Kimya və biologiya müəllimliyi”, ”ibtidai sinif müəllimliyi” ixtisasları üzrə
keçirilən aralıq və yekun atesstasiyalarda (imtahanlarda) ADPU-nun professor-müəllim heyətinin
iştirakının LDU tərəfindən təmin olunması müqavilədə əsas öhdəliklərdən biri
kimi nəzərdə tutulmuşdu.
ADPU-nun
dosentləri-kimya üzrə fəlsəfə doktoru Mirheydər Abbasov və filologiya üzrə
fəlsəfə doktoru Məmmədxan Soltanov bu gün imtahan keçirilən auditoriyalara baş
çəkərək imtahanların gedişini əyani izləyiblər. Tələbələr üçün yaradılan
şərait, imtahanların gedişi ADPU təmsilçilərini razı salıb.Onlar hər iki
ixtisas üzrə keçirilən imtahanlarda biletlərinin tərtibindən, sualların
professionalıqla qoyuluşundan razı qaldıqlarını kafedra rəhbərlərinin diqqətinə
çatdırıblar.İmtahanların tam obyektiv və şəffaf mühitdə keçirildiyinə əyani
şahidlik edən qonaqlar gördüklərindən razı qaldıqlarını bildiriblər. İmtahan
gedən auditoriyaların birbaşa vebkameralar tərəfindən izlənməsi, ciddi nəzarət
mexanizmi ADPU təmsilçilərində xoş təəssürat yaradıb.
Qeyd edək
ki, qonaqlar imtahanlar başa çatdıqdan sonra
qiymətləndirmə prosesində də iştirak edəcək, tələbələrin bilik
səviyyəsini dəyərləndirə biləcəklər.
ADPU-nun
təmsilçiləri izləmə prosesindən sonra
Lənkəran Dövlət universitetinin rektoru vəzifəsini icra edən professor Natiq
İbrahimovla görüşərək LDU-da imtahan
prosesində müşahidə etdiklərindən,
tələbələrin biliklərini nümayiş etdirmələri üçün yaradılan şəraitdən
razı qaldıqlarını deyərək , imtahanların şəffaf və obyektiv şəkildə
keçirildiyini təmin etdiyinə görə LDU rəsmisinə razılıqlarını bildiriblər.
Xatırladaq
ki, bundan əvvəl Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektoru , professor
Cəfər Cəfərov professor-müəllimlərdən ibarət nümayəndə heyəti ilə Lənkəran Dövlət
Universitetində olub, tədris prosesinin müasir standartlara uyğun yenilənməsi
istiqamətində aparılan çoxşaxəli işlərlə yerində tanışlıqdan sonra
gördüklərindən razı qaldığını deyib.