• cümə, 26 Aprel, 00:56
  • Baku Bakı 16°C

ADNA-nın rəqs ansamblı ölkəmizi Almaniyada təmsil edəcək

03.06.15 17:06 1512
ADNA-nın rəqs ansamblı ölkəmizi Almaniyada təmsil edəcək
Azərbaycan Dövlət Neft Akademiyasının (ADNA) “Gənclik” mahnı və rəqs ansamblı Almaniyanın Şliç şəhərində keçiriləcək Milli Folklor Festivalına dəvət olunub. ADNA-nın mətbuat xidmətindən verilən məlumata görə, festivalın iyulun 9-dan-14-ə qədər keçirilməsi nəzərdə tutulur. Festivalın təşkilatçısı olan Ənənəvi Beynəlxalq Folklor Festivalı Təşkilatının Azərbaycan nümayəndəliyi (CİOFF) artıq ADNA rəhbərliyinə dəvət məktubu ünvanlayıb. Qeyd edək ki, Festivalda Azərbaycandan yalnız ADNA “Gənclik” Mahnı və rəqs ansamblı iştirak edəcək. Bu mənada ADNA Mahnı və rəqs ansamblı Almaniyada Azərbaycanın milli folklorunu, mədəniyyətini tərənnüm edəcək. ADNA vestifvalda 30 nəfərlik nümyəndə heyəti ilə təmsil olunacaq. Ansamblın bədii rəhbəri, əməkdar artist Sənan Hüseynov bildirib ki, Azərbaycan təhsil müəssisələri arasında yalnız ADNA “Gənclik” Mahnı və rəqs ansamblının festivala dəvət olunması bu kollektivin festivallarda qazandığı uğurlu çıxışları ilə bağlıdır: “Ansabılımız hər zaman ali məktəb tələbləri arasında keçirilən festivallarda 1-ci yerləri tutmaqla yanaşı, beynəlxalq festivallarda yüksək nəticələr qazanıb”.
Aygün

banner

Oxşar Xəbərlər