• cümə, 26 Aprel, 01:02
  • Baku Bakı 16°C

ADNA İlk Avropa Oyunlarına hazırlaşır

06.05.15 13:04 964
ADNA İlk Avropa Oyunlarına hazırlaşır
Azərbaycan Dövlət Neft Akademiyası (ADNA) Bakı-2015 İlk Avropa Oyunlarına böyük qürur və fəxarətlə hazırlaşır. ADNA İlk Avropa Oyunlarının Azərbaycanda keçirilməsini Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin apardığı xarici siyasətin uğurlu nəticəsi hesab edir. ADNA-nın mətbuat xidmətindən verilən məlumata görə, universitetdə ümumilikdə 1400-dən çox tələbə könüllülər sırasına qoşulub.
Könüllərin bir çoxu funksional, bir qismi isə mərasim könüllüləri kimi fəaliyyət göstərəcəklər. Mərasim könüllüləri ilk Avropa Oyunlarının açılış və bağlanış tədbirlərində, funksional könüllülərimiz isə yarış boyu müxtəlif istiqamətlərdə - nəqliyyat, tərcüməçilik, komandaların yönəldlməsində, rəqs qruplarında və sair iştirak edəcəklər. ADNA-nın “Gənclik” Mahnı və Rəqs ansamblı qrup şəklində Olimpiya oyunlarında keçiriləcək böyük bir bayram şənliyinin açılış və bağlanış mərasimində iştirak edəcək. Bir çox tələbələr ilk üçlük üzrə yığma komandanın koordinatorları kimi çalışırlar.
Neft Akademiyasının Bədən Tərbiyəsi və İdman klubunun əməkdaşı Pytor Kuvşinov, QNM fakültəsinin tələbəsi Kamran Cəfərov hakim kimi bu oyunlara dəvət alıblar.
Təhsil Nazirliyinin Avropa Oyunları ilə əlaqədar tədris müddətinin qısaldılması ilə bağlı vermiş olduğu qərardan sonra bütün fəaliyyət Avropa Oyunlarına köklənib. Ali məktəb rəhbərliyinin yay oyunlarında iştirak edən könüllülərin bu müddətdə buraxdığı dərs saatlarının üzürlü hesab olunması tələbələrin respublika üçün əhəmiyyətli olan Olimpiya oyunlarında daha rahat fəaliyət göstərmələri üçün böyük bir stimul verir. Könüllülər artıq may ayının 8-dən başlayan yay imtahan sessiyasında iştirak etməyəcəklər. Neft Akademiyasının yay oyunları ilə bağlı qarşısında duran ən əsas məsələ olimpiya oyunlarında qeydiyyatdan keçmiş funksional və mərasim könüllülərinin daha ciddi, daha ürəklə, həvəslə yanaşmasına dəstək olmaqdır.
Aygün
banner

Oxşar Xəbərlər