• cümə, 29 Mart, 09:14
  • Baku Bakı 5°C

ADİU ilə TÜSİAB arasında qarşılıqlı əməkdaşlıq haqqında müqavilə imzalanıb

04.12.14 15:56 1038
ADİU ilə TÜSİAB arasında qarşılıqlı əməkdaşlıq haqqında müqavilə imzalanıb
Dekabrın 4-də Azərbaycan Dövlət İqtisad Universiteti ilə Azərbaycan Türk Sənayeçi və İşadamları Beynəlxalq Cəmiyyəti (TÜSİAB) arasında qarşılıqlı əməkdaşlıq haqqında müqavilə imzalanıb. ADİU-nun ictimaiyyətlə əlaqələr şöbəsindən “Kaspi”yə daxil olan məlumata görə, iki tərəf arasında bağlanmış müqavilənin məqsədi ölkə iqtisadiyyatının dinamik inkişafına cavab verə bilən, hərtərəfli kamil, rəqabətyönümlü yüksək ixtisaslı mütəxəssislərin hazırlanması üçün imkan və şərait yaratmaqdan ibarətdir.
Tədbiri giriş sözü ilə açan Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru, professor Ədalət Muradov bildirib ki, əməkdaşlıq çərçivəsində tələbələrin TÜSİAB şirkətlərində təcrübə keçməsi və peşəkar bacarıqlara yiyələnməsi üçün şərait yaradılacaq. Cəmiyyət həmçinin, təhsilin idarəedilməsi sahəsində Türkiyə universitetləri ilə vasitəçilik edəcək.
TÜSİAB İdarə Heyətinin Sədri Yavuz Keleş çıxışı zamanı yaradılan şəraitə görə dərin minnətdarlığını çatdırıb və qarşılıqlı əlaqələrin gücləndirilməsi istiqamətində davamlı iş aparılacağını qeyd edib.
ADİU ilə TÜSİAB arasında qarşılıqlı əməkdaşlığın əsas istiqamətlərinə kadr hazırlığı, birgə elmi simpozium, forum və konfransların təşkili, o cümlədən monoqrafiyaların, dərsliklərin, dərs vəsaitlərinin, metodiki tövsiyyələrin hazırlanması, tələbələrin stehsalat təcrübəsi keçməsi və məzunların işlə təmin edilməsinə yardım göstərilməsi, ADİU-nun İnnovativ Biznes İnkubatoru ilə birgə layihələr (startaplar) təşkil edilməsi daxildir. Görüşün yekununda ADİU ilə TÜSİAB arasında qarşılıqlı əməkdaşlıq haqqında müqavilənin imzalanma mərasimi keçirilib.
Təranə Məhərrəmova
banner

Oxşar Xəbərlər