• cümə axşamı, 25 aprel, 10:39
  • Baku Bakı 14°C

Adı UNESCO-nun “Yaşayan xəzinələr siyahısı”na daxil edilən türk şair: “Mükafatım həm də Azərbaycanındır”

03.11.16 18:14 917
Adı UNESCO-nun “Yaşayan xəzinələr siyahısı”na daxil edilən türk şair: “Mükafatım həm də Azərbaycanındır”
"83 yaşım var, 7 yaşımdan şeir yazıram. Qara dəniz bölgəsindəki deyişmə və atmaca mahnılarının 90%-ni əzbər bilirəm.Mədəniyyət və Turizm Nazirliyidekabrın əvvəlində atmaca, deyişmə, dastan və şeirlərimin toplandığı iri həcmli kitabımı çıxaracaq”.

BunuAPA-nın Türkiyə müxbirinə açıqlamasında Rizə vilayətində yaşayan el şairi, deyişmə və atmacaların mahir ustası Osman Əfəndioğlu deyib. Bu günlərdə adıUNESCO-nun "Yaşayan xəzinələr siyahısı”na daxil edilən Osman Əfəndioğlu noyabrın 3-də prezidentRəcəb Tayyib Ərdoğantərəfindən Ankaradakı Beştəpə iqamətgahında qəbul edilib. O. Əfəndioğlu deyib ki, bu mükafatı əvvəlcə dünyaya, sonra Türkiyəyə, sonra Azərbaycana, sonra islam dünyasına və Rizəyə ithaf edir: "Azərbaycana sayğı və sevgimi göndərirəm”.

"Prezidentlə görüşünüz necə keçdi?” sualına O. Əfəndioğlu belə cavab verib: "Hörmətli prezidentlə çoxdan tanışıq. Məni təbrik etdi. Bölgəmizdə hamıya salam göndərdi. Mən də bir neçə mahnı oxudum. Bundan sonra diqqəti kitabımın çapına yönəldəcəyəm. Kitab çıxanda yenə danışarıq”.
banner

Oxşar Xəbərlər