• cümə, 26 Aprel, 18:41
  • Baku Bakı 22°C

Ağdaşda “Xaş-xaş 2020” əməliyyatı: Bir tondan çox narkotik məhv edildi

28.05.20 13:45 809
Ağdaşda “Xaş-xaş 2020” əməliyyatı: Bir tondan çox narkotik məhv edildi
Ağdaş Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən "Xaş–xaş 2020” əməliyyat-axtarış və profilaktik tədbirlər planına uyğun olaraq keçirilmiş əməliyyat tədbirləri nəticəsində rayonun Nehrəxəlil və Pirəyir kəndləri ərazisində yabanı halda bitmiş narkotik tərkibli çətənə kolları aşkar edilib.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Trend-ə verilən məlumata görə, ümumi çəkisi 1 ton 58 kiloqram olan 7138 ədəd çətənə bitkisi polis əməkdaşları tərəfindən kökündən çıxarılıb və yandırılaraq məhv edilib.

Faktla bağlı araşdırma aparılır.
banner

Oxşar Xəbərlər