• cümə, 19 Aprel, 04:33
  • Baku Bakı 18°C

Ağdaşda avtomobil su arxına aşıb

03.05.17 11:10 1512
Ağdaşda avtomobil su arxına aşıb
Ağdaş rayonunda iki nəfərin xəsarət alması ilə nəticələnən avtomobil qəzası baş verib.
APA-nın yerli bürosunun xəbərinə görə, hadisə Ağdaş-Ləki-Qaraoğlan avtomobil yolunda qeydə alınıb.
"VAZ 2115” markalı minik avtomobilinin yoldan çıxaraq su arxına aşması nəticəsində rayonun Aşağı Ləki kənd sakinləri, 1989-cu il təvəllüdlü Mahmudov Dilqəm Tarıyel oğlu və 1990-cı il təvəllüdlü Aşurov Elşad İlham oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Ağdaş rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdiriliblər.
Faktla bağlı Ağdaş rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.
banner

Oxşar Xəbərlər