AZE | RUS | ENG |

Ağdaş sakininin evindən narkotik və silah aşkarlanıb

Ağdaş sakininin evindən narkotik və silah aşkarlanıb
Ağdaş Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsinin qarşısının alınması, həmin əməlləri törədən şəxslərin aşkar edilərək məsuliyyətə cəlb olunmaları istiqamətində növbəti uğurlu əməliyyat tədbiri həyata keçirilib.
Daxili İşlər Nazirliyi Mətbuat Xidmətinin Şəki regional qrupundan Trend-ə verilən məlumata görə, narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinən Ağdaş şəhər sakini 44 yaşlı Qadir Məmmədov saxlanılıb. Onun şəhər ərazisində yaşadığı evə baxış keçirilən zaman həyətyanı sahədən 9 ədəd narkotik tərkibli çətənə bitkisi aşkar olunub. Davam etdirilən tədbirlərlə Q.Məmmədova məxsus evdən və həyətdəki toyuq hinindən 18 ədəd kibrit qutusunda, sellofan torbalarda ümumi çəkisi 400 qrama yaxın qurudulmuş marixuana, 3 ədəd kisədə çəkisi 2 kq 655 qr narkotik vasitə olan qurudulmayan marixuana, eləcə də bir ədəd müvafiq sənədləri olmayan "İJ-16” markalı ov tüfəngi aşkar edilərək maddi sübut kimi götürülüb.
Faktla bağlı Ağdaş RPŞ-də araşdırma aparılır.



Paylaş:

Facebook-da

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.9162
GEL 1 1 Gürcüstan larisi 0.5985
GBP 1 1 İngiltərə funt sterlinqi 2.1363
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1815
CHF 1 1 İsveçrə frankı 1.7269
KWD 1 1 Küveyt dinarı 5.5859
TRY 1 1 Türkiyə lirəsi 0.2968