• cümə, 29 Mart, 04:27
  • Baku Bakı 7°C

Çağdaş Azərbaycan ədəbiyyatının klassiki

13.05.18 17:00 850
Çağdaş Azərbaycan ədəbiyyatının klassiki
Bu gün görkəmli nasir, dramaturq, tənqidçi, ədəbiyyatşünas alim, Azərbaycanın Xalq Yazıçısı Elçin Əfəndiyevin 75 yaşı tamam olur.
AZƏRTACxəbər verir ki, bu münasibətlə Azərbaycan Prezidentinin müvafiq Sərəncamı ilə yazıçının "Şöhrət” ordeni ilə təltif edilməsi bütövlükdə ona və müasir Azərbaycan ədəbiyyatına verilən qiymətin bariz nümunəsidir.
XX əsr Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrindən biri, Xalq Yazıçısı İlyas Əfəndiyevin ailəsində dünyaya göz açan Elçin ədəbiyyatımızda erkən yaşlarından "altmışıncılar" möhürünü vurmuş sənətkarlar arasında ön sıradadır.
Uşaqlıqdan ədəbi mühitin içində, kitabların əhatəsində olan, milli ədəbiyyat, folklor və dünya ədəbiyyatını dərindən mənimsəyən Elçin nə zaman yazmağa başlayıb? Bu suala özü belə cavab verir: "Özümü xatırladığım zamandan. Hələ yazıb-oxumağı bacarmırdım, amma özümdən cürbəcür əhvalatlar uydurub danışırdım..." İlk hekayəsi 16 yaşı olarkən, 1959-cu ildə "Azərbaycan gəncləri" qəzetində dərc olunub. Kiçik hekayə və povestlərlə ədəbiyyata gəlmiş Elçin aradan az keçmiş, əsərlərində yaşadığı dövrün paradokslarını ustalıqla incələməklə, daha epoxal, sosial-ictimai, siyasi-iqtisadi, mədəni-kulturoloji, mənəvi-əxlaqi mahiyyət kəsb edən mövzu və motivləri əsərlərinin mahiyyətinə hopdurdu, oxucu rəğbəti qazandı. "Min gecədən biri" adlı ilk hekayələr kitabı 1965-ci ildə çapdan çıxıb. Bundan sonra Elçinin dünyanın müxtəlif dillərində 100-dək kitabı nəşr olunub, əsərləri ingilis, rus, fransız, alman, ispan, türk, macar, bolqar, ərəb, fars, Çin, Çex, slovak, polyak, xorvat, gürcü, Litva, moldovan, türkmən, özbək, qazax, tacik, serb və digər dillərə tərcümə edilib. Kitablarının ümumi tirajı 5 milyondan çoxdur.
Bu gün çağdaş Azərbaycan ədəbiyyatının ön sıralarında gedən, bu ədəbiyyatın əsl mənada simasını təyin edən şəxsiyyətlərdən biri Elçindir. Onun adı hər bir azərbaycanlı üçün tanış və doğmadır. Qürur doğuran odur ki, milyonlarla oxucunun bu məhəbbət və ehtiramını illər, onilliklər də təsdiq edə bilər. Elçin keçmiş SSRİ məkanında Azərbaycanı layiqincə təmsil edən, ümumittifaq ədəbi prosesdə görünən və seçilən yazıçı-tənqidçi kimi diqqəti cəlb edirdi. Sonrakı onilliklərdə, eləcə də 1990-cı və 2000-ci illərdə də Elçin yaradıcılığına maraq və diqqət azalmadı. Səbəbi odur ki, bir yazıçı kimi Elçin üçün yaradıcılıq axtarışları heç vaxt tükənməyib. O, sanki ilk hekayəsinin çap olunduğu 1959-cu ilin iyun ayından bu günəcən birnəfəsə bu axtarışları davam etdirir. Təbii ki, istedadlı bir yazıçı üçün həmişə axtarışda olmaq kəşflərə və təsdiqə aparan yoldur.
…"Bülbülün nağılı”, "Mahmud və Məryəm”, "Beş dəqiqə və əbədiyyət”, "Ağ dəvə”, "Ölüm hökmü”, "Ömrün son səhəri”, "Dəlixanadan dəli qaçıb”, "Baladadaşın ilk məhəbbəti”, "Bayraqdar”, "Qarabağ şikəstəsi” və digər kitabları, eləcə də on cildlik "Seçilmiş əsərləri” göstərir ki, Еlçin, birinci növbədə, müqtədir bir ədəbiyyat yaradıcısı-sənətkardır. Buraya оnun хüsusilə sоn illərdə Azərbaycan, еləcə də dünya tеatrlarının səhnəsində uğurla tamaşaya qоyulan əsərlərini, kinоssеnarilərini əlavə еtsək, gözlərimiz önündə оlduqca zəngin bir yaradıcılıq mənzərəsi canlanır ki, burada diqqəti cəlb еdən yalnız kəmiyyət dеyil, həm də kеyfiyyət, yazıçı üslubunun özünəməхsusluğu, mükəmməlliyi və ictimai şüura təsirеdiciliyidir. Еlçinə tənqidçi-ədəbiyyatşünas nüfuzu qazandıran "Tənqid və ədəbiyyatımızın prоblеmləri”ndən sоnra nəşr оlunan "Klassiklər və müasirlər”, "Ədəbiyyatımızın yaradıcılıq prоblеmləri”, "Tənqid və nəsr” , "Ədəbi düşüncələr”, "Azərbaycan ədəbi tənqidinin və ədəbi prоsеsin prоblеmləri” kitabları göstərdi ki, о, Azərbaycan ədəbiyyatının ən böyük mеtоdоlоqlarından biridir. "Bülbül”, "Bəstəkarın vətəndaş sözü”, "Klassik aşıq pоеziyasında dünya оbrazı”, "Nəriman Nərimanоv: şəхsiyyəti və fəaliyyəti” və s. məqalə-kitabçaları həcmcə nə qədər kiçik оlsalar da, müəllifin maraq dairəsinin mеtоdоlоji gеnişliyini bir daha təsdiq еdir. Еlçin böyük bir ədəbiyyat yaradıcısı-yazıçı, ədəbiyyatşünas-mеtоdоlоq оlmaqla yanaşı, ədəbiyyatın, хüsusilə milli ədəbiyyatın böyük təəssübkеşidir.
Əsl yazıçı üçün ən böyük xoşbəxtlik sağlığında canlı klassikə çevrilməsidir. Bu mənada Elçin Əfəndiyevi xoşbəxt qələm adamlarından saymaq olar. Ədəbiyyatımızın görkəmli nümayəndəsi, Xalq Yazıçısı Elçin Əfəndiyevi 75 yaşı münasibətilə təbrik edir, ona cansağlığı və daha parlaq əsərlər yaratmağı arzulayırıq.
banner

Oxşar Xəbərlər