• cümə axşamı, 28 mart, 13:45
  • Baku Bakı 16°C

Adams kimlərə görə narahatdır?

11.06.18 13:15 884
Adams kimlərə görə narahatdır?
"Qəbələ”nin sabiq baş məşqçisi Toni Adams İngiltərə yığmasının DÇ perspektivləri barədə danışıb.
Kaspi.az xəbər verir ki, Toni Adams yığmanın sifariş ərizəsində olan "Tottenhem”li futbolçulara görə narahat olduğunu bildirib. O, bu futbolçularda qalib ruhunun olmamasını qabardıb:
"Siz həm emosional, həm də məntiqi cəhətdən qalib gəlməyi bacarmalısınız. Əgər onlar qalib gəlməyin yolunu bilmirlərsə, deməli, qalib gələ bilməyəcəklər.
Mən "Tottenhem”in futbolçularına görə çox narahatam. Onlar qalib gəlməyi bacarmırlar. Düzdü, onlar çox yaxşı futbolçulardı, ancaq lazım olan anda konsentrasiya olmağı da bacarmaq lazımdı. Yığmada qalib xarakterə sahib futbolçular olmalıdır”.
banner

Oxşar Xəbərlər