• cümə axşamı, 28 mart, 14:49
  • Baku Bakı 16°C

Ağdamın "Qarabağ" klubu Albaniyanın "Skenderbeu" komandasını məğlub edib

15.01.17 22:21 1213
Ağdamın "Qarabağ" klubu Albaniyanın "Skenderbeu" komandasını məğlub edib
Ağdamın "Qarabağ" futbol klubu Antalyada təlim-məşq toplanışını davam etdirir.
KlubdanAZƏRTAC-a bildiriblər ki, komanda hazırlıq prosesi çərçivəsində yanvarın 15-də ilk yoxlama oyununu keçirib. Ağdam təmsilçisi Albaniyanın "Skenderbeu" klubu ilə qarşılaşıb.
Qarşılıqlı hücumlar şəraitində keçən oyunda "Qarabağ" 1:0 hesabı ilə qalib gəlib. Matçda Ağdam təmsilçisinin yeni transferi Ağabala Ramazanov fərqlənib.
Komandamız növbəti yoxlama oyununu yanvarın 18-də Rumıniyanın "Styaua" klubuna qarşı keçirəcək.
banner

Oxşar Xəbərlər