• şənbə, 20 Aprel, 15:20
  • Baku Bakı 23°C

Ağdamda Muğam Mərkəzinin təməli qoyulub

03.12.16 17:14 1249
Ağdamda Muğam Mərkəzinin təməli qoyulub
Dekabrın 3-də prezidentİlham Əliyevvə xanımı Mehriban ƏliyevaAğdamMuğam Mərkəzinin təməlqoyma mərasimində iştirak ediblər.
APA-nın məlumatına görə,AğdamMuğam Mərkəzi Heydər Əliyev Fondunun təşəbbüsü və dəstəyi ilə tikiləcək. Mərkəzin tikintisi üçün rayon icra hakimiyyəti tərəfindən Xındırıstan-Quzanlı avtomobil yolunun kənarında 7800 kvadratmetrədək torpaq sahəsi ayrılıb. Mərkəzin binasının ümumi sahəsi 1800, ümumi daxili sahəsi isə 1580 kvadratmetr olacaq. Ərazidə 60 avtomobil üçün dayanacaq tikiləcək. Binada 328 yerlik zal, foye, qalereya, dekorasiya, qrim, gözləmə və dərs otaqları yaradılacaq.
Prezidentİlham ƏliyevAğdamMuğam Mərkəzinin təməlini qoyub.
Dövlət başçısı Mərkəzin inşasının keyfiyyətlə və vaxtında başa çatdırılması ilə bağlı tapşırıqlarını verib.
banner

Oxşar Xəbərlər