• cümə axşamı, 25 aprel, 01:27
  • Baku Bakı 19°C

Ağdamda işğaldan azad olunmuş ərazilərə keçmək istəyən şəxs saxlanılıb

02.04.21 12:45 669
Ağdamda işğaldan azad olunmuş ərazilərə keçmək istəyən şəxs saxlanılıb
Ağdam Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən rayonun işğaldan azad edilmiş, lakin minalardan tam təmizlənməmiş ərazilərə icazəsiz keçməyə cəhd göstərən şəxslərin qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir.
DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundanAPA-ya verilən məlumata görə, Ağdam RPŞ-nin əməkdaşları tərəfindən həyata keçirilmiş növbəti tədbirlər zamanı rayon sakini Ələmdar Şükürov Qərvənd kəndi ərazisindən işğaldan azad edilmiş ərazilərə keçmək istəyərkən polis əməkdaşları tərəfindən saxlanılıb.
Həmin şəxs saxlanıldıqdan sonra polis şöbəsinə gətirilmiş, müvafiq araşdırmalarla onun barəsində protokol tərtib edilib.

banner

Oxşar Xəbərlər