• cümə, 26 Aprel, 16:42
  • Baku Bakı 23°C

Ağdamda "Dini radikalizmlə mübarizədə dini icmaların fəaliyyətinin təşkili" mövzusu müzakirə olunub

19.10.16 18:22 1465
Ağdamda "Dini radikalizmlə mübarizədə dini icmaların fəaliyyətinin təşkili" mövzusu müzakirə olunub
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Ağdam Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə "Dini radikalizmlə mübarizədə dini icmaların fəaliyyətinin təşkili" mövzusunda tədbir keçirilib.

Tədbirdə Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Raqub Məmmədov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin birinci müavini Səyyad Salahlı, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Ağcabədi bölgəsi üzrə şöbəsinin müdiri Əlizadə Nəcəfov, şöbənin və Ağdam Rayon İcra Hakimiyyəti başçısı Aparatının əməkdaşları, ərazi icra nümayəndələri, bələdiyyə sədrləri, hüquq-mühafizə orqanlarının rəhbərləri, müharibə veteranları, rayon dindarları və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Raqub Məmmədov mövzu barədə geniş məlumat verib, ölkəmizdə dini icmalara göstərdiyi qayğıya və dövlət-din münasibətlərinin yüksək səviyyədə tənzimlənməsinə görə rayon ictimaiyyyəti adından Prezident cənab İlham Əliyevə təşəkkürünü bildirib.

Daha sonra çıxış edən DQİDK sədrinin birinci müavini Səyyad Salahlı dini radikalizmlə mübarizə istiqamətində həyata keçirilən tədbirlərdən danışıb.S.Salahlı qeyd edib ki, bəzi qruplar öz şəxsi mənafeləri naminə, hətta cəmiyyətin gələcəyini təhlükə altına salaraq insanları radikalizmə sürükləyən fəaliyyətə can atırlar. DQİDK sədrinin birinci müavini onu da vurğulayıb ki, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, o cümlədən dövlətin digər müvafiq qurumları bu qruplara qarşı mübarizə aparmaqdadır.S.Salahlı dini radikalizmlə mübarizədə din xadimlərini və dini icmaları da fəal olmağa çağırıb.

Tədbirdə, həmçinin Ağdam rayonunun ziyalıları adından Hüseyn Bayramov, Ağdam rayon "Xındırıstan kənd məscidi" dini icmasının sədri və axundu Barat Bağırov və Ağdam rayon "Seyid Lazım Ağa" ziyarətgahının axundu Seyid Yusif Ağa çıxış ediblər.



banner

Oxşar Xəbərlər