• şənbə, 27 Aprel, 01:16
  • Baku Bakı 14°C

Ağdam rayonunun Ermənistan tərəfindən işğalından 25 il ötür

23.07.18 09:00 667
Ağdam rayonunun Ermənistan tərəfindən işğalından 25 il ötür
AzərbaycanınAğdamrayonunun Ermənistan Silahlı Qüvvələri tərəfindən işğalından 25 il ötür.
APA-nın məlumatına görə,Ağdamrayonu 1993-cü il iyulun 23-də erməni silahlı birləşmələri tərəfindən işğal edilib.
İşğal nəticəsindəAğdamrayonunun 1154 kvadrat kilometr ərazisi Ermənistanın nəzarətinə keçib. 147 min nəfər əhalisi olanAğdamın yalnız 22,6 faizi Azərbaycanın nəzarətindədir. ErmənilərAğdamın işğal olunmuş ərazilərində tarixi abidələri, qəbiristanlıqları, yaşayış obyektlərini, xəstəxanaları, kitabxanaları, məktəbləri, idarə və müəssisələri dağıdıblar.Ağdamuğrunda gedən döyüşlərdə Azərbaycan tərəfi 6 mindən çox şəhid verib. Doğma yurdlarından köçkün düşən rayon əhalisinin əksəriyyəti ölkənin müxtəlif bölgələrinə səpələniblər. Hazırda Ermənistan "Hərbi münaqişələr zamanı mədəni sərvətlərin qorunması haqqında" Haaqa Konvensiyasının və "Mədəni sərvətlərin qeyri-qanuni dövriyyəsi haqqında" Paris Konvensiyasının müddəalarını kobudcasına pozaraq Azərbaycanın mədəni sərvətlərini talamaqda davam edir.
İşğaldan əvvəlAğdamda 1898 sayda sosial-iqtisadi tikinti obyekti, 17 sənaye, 31 tikinti, 753 ticarət, 397 ictimai iaşə, 220 məişət müəssisəsi, 480 sosial bina, 24 min 446 yaşayış tikililəri, həmçinin 54 məktəbəqədər uşaq, 116 ümumtəhsil müəssisəsi, bir neçə ali məktəb filialı, 13 mədəniyyət evi, muzeylər, 109 mədəniyyət klubu olub. Təxmini rəqəmlərə görə,Ağdamrayonunun işğalı nəticəsində ölkəmizə 252 milyon ABŞ dolları dəyərində maddi ziyan dəyib.
banner

Oxşar Xəbərlər