• cümə, 19 Aprel, 06:31
  • Baku Bakı 13°C

Ağdam rayonunun 10 məktəbi koronavirusa görə bağlanıb

09.04.21 12:45 778
Ağdam rayonunun 10 məktəbi koronavirusa görə bağlanıb
Ağdam rayonu üzrə 10 təhsil ocağının fəaliyyəti müvəqqəti dayandırılıb.
APA-nın Qarabağ bürosunun xəbərinə görə, tam orta məktəblərin fəaliyyətinin dayandırılmağına səbəb həmin məktəblərdə müəllim və şagirdlərdən bəzilərinin COVID-19 testinin pozitiv çıxmağıdır.
Ağdam rayon Gigiyena və Epidemiologiya Mərkəzinin direktoru Rəhman MəmmədovAPA-ya açıqlamasında bildirib ki, rayon ərazisində fəaliyyət göstərən 7 təhsil ocağının - Əfətli, Birinci Yüzbaşılı, Alıbəyli, Mahrızlı, Dörd yol-2, Baharlı-2 və 150 saylı məktəblərdə əyani tədris prosesi müvəqqəti olaraq dayandırılıb.
Ağdam rayon Təhsil Şöbəsinin müdiri Mətanət Misirxanova isəAPA-ya bildirib ki, ümumilikdə bağlanan 10 məktəbdən 7-si rayon ərazisində yerləşir, 3 məktəb isə Bərdə rayonu ərazisində fəaliyyət göstərən 3, 95 və 100 saylı məcburi köçkün məktəbləridir.
Bundan başqa Əhmədağalı kənd tam orta məktəbində 2 sinif, Qaradağlı tam orta məktəbində 1 sinif, 87 saylı tam orta məktəb 1 və 97 saylı məktəbdə isə 1 sinfin fəaliyyəti dayandırılıb, məktəbin direktorunun COVİD-19 testinin nəticəsi pozitiv çıxıb.
banner

Oxşar Xəbərlər