• cümə axşamı, 25 aprel, 03:29
  • Baku Bakı 19°C

Aclıqdan əziyyət çəkən insanların sayı artıb

24.03.18 11:10 663
Aclıqdan əziyyət çəkən insanların sayı artıb
"2017-ci ildə dünyada 124 milyon insan aclıqdan əziyyət çəkib. Bu rəqəm 2015-ci ildə 80 milyon, 2016-da isə 108 milyon təşkil edib”.
APA-nın xəbərinə görə, bunu BMT-nin Fövqəladə Hallar Yardım Koordinatoru Mark Lokok deyib.
O bildirib ki, yaşanan münaqişələr, ekstremal hava şəraiti və ərzağın qiymətlərinin artması faciəvi humanitar vəziyyətlərə gətirib çıxarır.
M.Lokokun sözlərinə görə, ac xalqların üçdə ikisi münaqişə zonalarında, ac uşaqların təxminən 80 faizi və ya 155 milyonu müharibə şəraitində yaşayır.
BMT rəsmisi əlavə edib ki, silahlı münaqişələr 18 ölkədə aclığa səbəb olub ki, onlardan da 15-i Afrika və Yaxın Şərq bölgəsində yerləşir.
Təbii fəlakətlər, ilk növbədə quraqlıq 23 ölkədə qida böhranı yaradıb. Bu ölkələrin üçdə ikisi Afrika qitəsində yerləşir.
Münaqişə zonalarına göndərilən humanitar işçilərin də zərər çəkdiyini qeyd edən M.Lokok bildirib ki, təkcə Somalidə ötən il 116 humanitar işçi istismara məruz qalıb, o cümlədən 16 nəfər ölüb, 31 nəfər oğurlanıb.
BMT-nin yaydığı yeni hesabatda qeyd edilib ki, 2018-ci ildə qarşıdurmalar Əfqanıstan, Mərkəzi Afrika, Konqo, Nigeriyada, Çad bölgəsində, Cənubi Sudan, Suriya, Liviya, Mali və Nigerdə ərzaq böhranları yarada bilər. Quraqlıq hava şəraiti Seneqal, Çad, Niger, Mali, Mavritaniya və Burkina Faso da daxil olmaqla Somali, Efiopiya, Keniya, Qərbi Afrika ərazilərində aclıqlara səbəb ola bilər. Bu gün üçün ərzaqla bağlı ən çətin vəziyyət Yəməndə müşahidə olunur və proqnozlara görə, gələn il bu ölkədə vəziyyət daha da pisləşəcək.
banner

Oxşar Xəbərlər