AZE | RUS | ENG |

Açıq səma altında yeni Arxeologiya Muzeyi yaradılacaq

Açıq səma altında yeni Arxeologiya Muzeyi yaradılacaq
Gəncədə Heydər Əliyev Park Kompleksindəki ərazidə aşkarlanan və son tunc dövrünə aid, yaşı təxminən 3300 il olan kurqanların üzərində açıq səma altında Arxeologiya Muzeyi yaradılacaq.

Trend-in məlumatına görə, Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşları tərəfindən 2015-ci ildən başlayaraq kompleksin ərazisində tədqiqatlar aparılıb. AMEA-nın Gəncə Bölməsinin sədri, akademik Fuad Əliyevin sözlərinə görə, ilkin tədqiqatlar nəticəsində şəhər ərazisində 62 kurqan qeydə alınıb və onlardan dördü ötən il elmi tədqiqata cəlb edilib.

Alim bildirib ki, kurqanlardan insan skeleti və çoxlu maddi-mədəniyyət nümunələri aşkarlanıb.

Akademik hazırda kompleksdə qazıntı işlərinin davam etdiyini və tədqiqatların sonunda muzeyin yaradılmasına başlanacağını deyib.




Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
IRR 100 İran rialı 0.0040
GEL 1 Gürcü larisi 0.6379
GBP 1 İngilis funt sterlinqi 2.2346
TRY 1 Türk lirəsi 0.2937
KWD 1 Küveyt dinarı 5.6076
SEK 1 İsveç kronu 0.1898
EUR 1 Avro 1.9673
CHF 1 İsveçrə frankı 1.7193
USD 1 ABŞ dolları 1.7000