• cümə, 29 Mart, 13:16
  • Baku Bakı 14°C

"Açıq Mikrofon" Gənclərin Musiqi Marafonu keçiriləcək

31.01.20 17:49 8385
"Açıq Mikrofon" Gənclərin Musiqi Marafonu keçiriləcək
2 fevral - Azərbaycan Gəncləri Günü münasibəti ilə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin və MAG ( Müasir Azərbaycan Gənci) verilişinin təşkilatçılığı ilə "Açıq Mikrofon" Gənclərin Musiqi Marafonu keçiriləcək.
Marafonda istedadlı, bacarıqlı gənclər öz məharətlərini geniş tamaşaçı auditoriyasında, möhtəşəm səhnədə nümayiş etdirəcəklər.
Konsert proqramında Hiss, Tibu, PRoMete, Tomris, Samirə Əfəndi, Fariz İlyasov, Anar Bəylər, Riad Abdul, Ayaz Babayev, Fərid Həsənov, Məlik Ramiz, Amir Paşayev, Cavidan Fətihi, Vüsal Rzasoy, Fərid Həsənov, Bəxtiyar Məmmədov, The RED jungle, Jafarlinsky Band, East or Weast, Vivace Kvartet, "AMAROK" qrupu, Stage New Life rəqs qrupu, Grifon Dance studio, Sübhi Abbas, DJ Vebo və digər sürpriz ifaçılar tanınmış bloqerlərin təqdimatı ilə çıxış edəcəklər.
Bu möhtəşəm gündə bizimlə olan gənclərin İrshad Electronicsin təqdim etdiyi Honor 9X mobil telefonu, Honor Band 5 (20x) və digər maraqlı hədiyyələri qazanmaq şansı olacaq.
Eyni zamanda, gənclər MAG-ın rəsmi facebook səhifəsində qeydiyyatdan keçməklə minlərlə tamaşaçı qarşısında çıxış edib böyük səhnələrə ilk addımlarını ata bilərlər.
02.02.2020-də, saat 17:30-da; "Bakı İdman Sarayı"nda ( Əl oyunları Sarayı) Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin və MAG-ın təşkilatçılığı ilə keçirilən konsert proqramına giriş sərbəstdir.
banner

Oxşar Xəbərlər