• cümə, 19 Aprel, 06:55
  • Baku Bakı 13°C

Açıq məkanda reklam yerləşdirilməsinə dair yeni prosedur qüvvəyə minib

01.08.17 12:10 1486
Açıq məkanda reklam yerləşdirilməsinə dair yeni prosedur qüvvəyə minib
Bu gündən Azərbaycanda açıq məkanda reklam yerləşdirilməsinə dair yeni prosedur qüvvəyə minib.
APA-nın məlumatına görə, "Dövlət rüsumu haqqında” qanuna əsasən indiyə qədər küçə reklamı lövhəsinin yerləşdirilməsinə görə birdəfəlik icazənin verilməsi üçün Bakı şəhəri üzrə 70 manat, Sumqayıt, Gəncə, Mingəçevir, Şirvan, Xırdalan şəhərləri və Abşeron rayonu üzrə 50 manat, digər regionlar 35 manat tələb edilib.
Azərbaycan prezidentiİlham Əliyev"Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2017-ci il 30 iyun tarixli qanununtətbiqi ilə bağlı 31 iyul tarixli fərman verib. Bu gündən qüvvəyə minən "Dövlət rüsumu haqqında” qanuna dəyişikliklərə əsasən "küçə reklamı” anlayışı "açıq məkanda reklam” anlayışı ilə əvəzlənir və açıq məkanda reklam yerləşdirilməsinə icazə verilməsi üçün tutulan dövlət rüsumunun yeni dərəcəsi müəyyənləşir. Bundan sonra açıq məkanda reklam yerləşdirilməsinə icazə verilməsi üçün 5 manatdan - 100 manatadək dövlət rüsumu tələb olunacaq. Açıq məkanda reklam yerləşdirilməsinə icazə verilməsinə görə müvafiq icra hakimiyyəti orqanının (icazənin müddəti, reklam daşıyıcısının növü və quraşdırıldığı zonası nəzərə alınmaqla) bir kvadratmetr üçün müəyyən etdiyi dövlət rüsumu ödəniləcək. Açıq məkanda sosial reklamın yerləşdirilməsinə icazə verilməsinə görə dövlət rüsumu ödənilməyəcək.
Qeyd edək ki, bu il iyunun 20-də Azərbaycan prezidentiİlham ƏliyevDövlət Reklam Agentliyinin yaradılması haqqında fərman imzalayıb və açıq məkanda reklam yerləşdirilməsinə icazə verilməsi ilə bağlı qanunda nəzərdə tutulan müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Dövlət Reklam Agentliyi həyata keçirəcək. Reklam Agentliyi avtomobil yollarının torpaq sahəsində, şəhər, qəsəbə, kənd və digər ("İçərişəhər” Dövlət Tarix-Memarlıq və "Qala” Dövlət Tarix-Etnoqrafiya qoruqlarının ərazisi istisna olmaqla) yaşayış məntəqələrində (açıq məkanda) reklam daşıyıcılarının yerləşdirilməsi, reklam daşıyıcılarında yerləşdirilən reklamların istehsalı (hazırlanması) və yayımlanması sahəsində vahid tənzimləməni və nəzarəti həyata keçirən publik hüquqi şəxsdir.
banner

Oxşar Xəbərlər