Açıq məkanda reklam yayımının qiyməti Tarif Şurası tərəfindən tənzimlənəcək
Qiymətləri (tarifləri) dövlət tərəfindən tənzimlənən malların (işlərin, xidmətlərin) sayı artırılıb.
APA-nın məlumatına görə,Nazirlər Kabinetibununla bağlı "Qiymətləri (tarifləri) dövlət tərəfindən tənzimlənən malların (işlərin, xidmətlərin) Siyahısı”nda dəyişiklik edib.
Dəyişikliyə əsasən, açıq məkanda reklam yayımının qiyməti dövlət, yəni Tarif Şurası tərəfindən tənzimlənəcək.