• cümə axşamı, 28 mart, 12:57
  • Baku Bakı 16°C

Ağcabədidə sahibkarlar üçün treninq keçirilib

14.11.14 17:32 1364
Ağcabədidə sahibkarlar üçün treninq keçirilib
Ağcabədi rayonunda İqtisadiyyat və Sənaye Nazirliyinin (İSN) Bakı Biznes Tədris Mərkəzinin (BBTM) Göyçay və Yevlax nümayəndəliklərinin birgə təşkilatçılığı, Ağcabədi Rayon İcra Hakimiyyətinin dəstəyi ilə sahibkarlar və sahibkarlıq fəaliyyətinə yeni başlayanlar üçün treninq keçirilib.
İSN mətbuat xidmətindən “Kaspi”yə bildirilib ki, biznes planların və investisiya layihələrinin hazırlanmasına, marketinq və sənayedə brendləşmə, İSN tərəfindən göstərilən elektron xidmətlərə dair mövzularda təşkil olunmuş treninqdə biznes plan və bölmələri, biznes ideyanın yaradılması, maliyyə planı, marketinqin növləri və prinsipləri, reklam fəaliyyəti, brend məhsullar, brendin mahiyyəti və məzmunu, sənayedə brendləşmənin xüsusiyyətləri və sair barədə məlumat iştirakçıların diqqətinə çatdırılıb.
Bundan başqa, treninqdə www.icazeler.gov.az, www.b2b.az elektron portalları, portalların biznesin səmərəli təşkili və inkişafı üçün yaratdığı imkanlar, həmçinin investisiya layihələrinin maliyyələşdirilməsi ilə əlaqədar elektron idarəetmə sistemi və s. barədə məlumat verilib.
Tədbir çərçivəsində mövzular üzrə təqdimatlar keçirilib, iştirakçılara BBTM tərəfindən hazırlanmış metodiki vəsaitlər paylanıb, onları maraqlandıran suallar cavablandırılıb.
R.İSMAYILOV
banner

Oxşar Xəbərlər