• cümə, 19 Aprel, 16:55
  • Baku Bakı 25°C

Ağcabədidə məcburi köçkünlər məskunlaşan klub binasında yanğın söndürülüb

10.09.17 18:15 1189
Ağcabədidə məcburi köçkünlər məskunlaşan klub binasında yanğın söndürülüb
Ağcabədinin Hüslü kənd klubunda yanğın binanın məcburi köçkünlər məskunlaşan hissəsində elektrik naqilində qısaqapanma nəticəsində baş verib.
APA-nın Qarabağ bürosunun məlumatına görə, ümumilikdə 6 məcburi köçkün ailənin yaşadığı binada yanğın zamanı 3 ailənin yaşadığı otaqlar - 192 kvadratmetr yaşayış sahəsi yanıb.
Yanğın baş verən zaman binada fəaliyyət göstərən Hüslü kənd uşaq baxçasının əşyaları otaqdan çıxarılıb. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.
banner

Oxşar Xəbərlər