• cümə axşamı, 18 aprel, 10:10
  • Baku Bakı 12°C

Ağcabədidə 8 ədəd partlamamış hərbi sursat aşkarlanıb

01.09.18 10:40 585
Ağcabədidə 8 ədəd partlamamış hərbi sursat aşkarlanıb
Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən (ANAMA) Trend-ə verilən məlumata görə, dünən saat 23:19-da Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə mərkəzindən və saat 23:42-də Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən Agentliyə Ağcabədi rayonu, Eldəniz Sadıqov küçəsində əl qumbarasının tapılması barədə məlumatlar daxil olub.
Məlumatlara əsasən Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu və Ağcabədi rayon Polis şöbəsinin əməkdaşları dərhal həmin əraziyə göndərilib.

Agentliyin mütəxəssisləri və Daxili İşlər Nazirliyinin Ağcabədi rayon Polis şöbəsinin əməkdaşları tərəfindən birlikdə yuxarıda adı qeyd olunmuş ərazidə su kanalının yaxınlığına baxış keçirilib. Aparılan təcili təxirəsalınmaz operativ əməliyyat-axtarış tədbirləri nəticəsində Agentliyin mütəxəssisləri tərəfindən 8 ədəd partlamamış hərbi sursat (3 ədəd F-1 əl qumbarası və 5 ədəd UZRQM partladıcısı) aşkar olunub, zərərsizləşdirilməsi üçün götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.
banner

Oxşar Xəbərlər