AZE | RUS | ENG |

Ağcabədi Polis Şöbəsində yoxlama: işdən çıxarılanlar var

Ağcabədi Polis Şöbəsində yoxlama: işdən çıxarılanlar var
Daxili İşlər Nazirliyi Ağcabədi Rayon Polis Şöbəsində yoxlamalar həyata keçirib.

APA-nın məlumatına görə, yoxlamalar nəticəsində rayon Polis Şöbəsi və rayon Dövlət Yol Polisi Bölməsinin fəaliyyətində ciddi nöqsanlar və korrupsiya faktı aşkarlanıb.

Yoxlamaların nəticəsi olaraq bir neçə polis əməkdaşı işdən qovulub, daha bir neçə nəfərə isə şiddətli töhmət verilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya faktı təsdiqləyiblər. Bildirilib ki, nazirliyin aidiyyəti idarə və xidmətləri tərəfindən bütün orqan və hissələrdə qanunçuluğun vəziyyəti mütəmadi olaraq yoxlanılır, təhlil etdirilir, ümumiləşdirilir, hüquqazidd əməllərə, polisin adına ləkə gətirən hallara, o cümlədən korrupsiya hüquqpozmalarına yol verən əməkdaşlar barəsində ən ciddi təşkilati və intizam tənbehi tədbirləri görülür.

Belə tədbirlərdən biri də Ağcabədi rayonunda həyata keçirilib. Nəticədə Rayon Polis Şöbəsinin 2 əməkdaşı daxili işlər orqanlarından xaric edilib, 3 nəfəri tutduğu vəzifədən azad olunub, 4 əməkdaş barəsində isə ciddi intizam tənbehi tədbiri görülüb.

Qeyd edək ki, Ağcabədi Rayon Polis Şöbəsinin rəisi Şamil Seyidlidir.

Paylaş:

Facebook-da

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.8722
GEL 1 1 Gürcüstan larisi 0.5762
GBP 1 1 İngiltərə funt sterlinqi 2.111
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1761
CHF 1 1 İsveçrə frankı 1.714
KWD 1 1 Küveyt dinarı 5.5927
TRY 1 1 Türkiyə lirəsi 0.2967