• çərşənbə axşamı, 19 mart, 14:54
  • Baku Bakı 8°C

Abxaziyada rus diplomatı öldürdülər

09.09.13 11:43 1082
Abxaziyada rus diplomatı öldürdülər
APA-nın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, qətl sentyabrın 9-da Moskva vaxtı ilə saat 08.30-da baş verib.
İlkin xəbərlərə əsasən D. Vişernev Suxumi şəhərindəki evinin qarajının yaxınlığında odlu silahdan başına açılan atəşlə qətlə yetirilib. Onun öz xidməti avtomobili ilə qarajdan çıxarkən vurulduğu bildirilir. Avtomobildə 36 yaşlı diplomatın həyat yoldaşı da olub. Hadisədə onun da yaralandığı və xəstəxanaya aparıldığı xəbər verilir. Fakt üzrə cinayət işi qaldırılıb.
banner

Oxşar Xəbərlər