• cümə axşamı, 25 aprel, 08:28
  • Baku Bakı 14°C

Abşeronda ölümlə və xəsarətlə nəticələnən kütləvi dava baş verib

26.07.20 13:00 854
Abşeronda ölümlə və xəsarətlə nəticələnən kütləvi dava baş verib
Abşeron rayonunda ölümlə və xəsarətlə nəticələnən kütləvi dava baş verib.
Rayonun hüquq-mühafizə orqanlarından AZƏRTAC-ın müxbirinə verilən məlumata görə, bir neçə nəfər arasında yaranan mübahisə kütləvi dava ilə nəticələnib. Dava zamanı altı nəfər – 1980-ci il təvəllüdlü Məmmədov Xəlil Zahid oğlu və qardaşı, 1975-ci il təvəllüdlü Məmmədov Məmməd Zahid oğlu, 1979-cu il təvəllüdlü Mövsümov Yaşar Mövsüm oğlu, 1987-ci il təvəllüdlü Həsən Cabbarov, 1992-ci il təvəllüdlü Quliyev Tural Firudin oğlu və dostu, 1992-ci il təvəllüdlü Həsənəliyev İqar Yaşar oğlu bıçaqlanıblar. Yaralılar təcili yardımın köməyi ilə xəstəxanalara çatdırılıblar.
Dava zamanı ağır xəsarət almış iki nəfər – H.Cabbarov hadisə yerində, M.Məmmədov isə xəstəxanada ölüb.
Faktla bağlı araşdırma aparılır.
banner

Oxşar Xəbərlər