• cümə, 19 Aprel, 00:46
  • Baku Bakı 18°C

Abşeronda kişi sevgilisini və onun atasını öldürüb

11.09.17 10:25 1241
Abşeronda kişi sevgilisini və onun atasını öldürüb
Abşeronda dəhşətli qətl törədilib.
Hüquq-mühafizə orqanlarındanAPA-ya verilən məlumata görə, Bakı-Şamaxı yolunun Sulutəpə ərazisindən keçən hissəsində yol kənarında bıçaqlaqətlə yetirilmiş kişi və qadın meyiti aşkar edilib.
Araşdırmalar nəticəsində meyiti tapılan şəxslərin Müşfiq qəsəbə sakinləri -1953-cü il təvəllüdlü Əsədov Allahverdi Bədirxan oğlu və onun qızı, 1979-cu il təvəllüdlü ƏsədovaSamirə Allahverdi qızı olmaları müəyyən edilib.
Həyata keçirilən əməliyyat tədbirləri nəticəsində qətlin S. Əsədova ilə qeyri-rəsmi nikah münasibətlərdə olanSahib Hacıyev tərəfindən törədilməsi müəyyən edilib və o saxlanılıb.
banner

Oxşar Xəbərlər