• çərşənbə axşamı, 19 mart, 09:26
  • Baku Bakı 8°C

Abşeronda əl qumbarası və partladıcı aşkar olunub

15.12.19 11:20 607
Abşeronda əl qumbarası və partladıcı aşkar olunub
Dekabrın 14-də Abşeron rayonu, Məmmədli kəndi ərazisində 1 ədəd F-1 əl qumbarası və 1 ədəd UZRQM partladıcısı aşkar olunub.
Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən (ANAMA) Trend-ə verilən xəbərə görə, 14 dekabr tarixində saat 23:01-də Daxili İşlər Nazirliyinin Abşeron rayon Polis İdarəsinin Mehdiabad Polis Bölməsindən Agentliyə Abşeron rayonu, Məmmədli kəndi ərazisində əl qumbarasının tapılması barədə məlumat daxil olub.
Məlumata əsasən Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu, Daxili İşlər Nazirliyinin Abşeron rayon Polis İdarəsinin Mehdiabad Polis Bölməsinin və Səhiyyə Nazirliyinin Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının əməkdaşları dərhal həmin əraziyə göndərilib.

Agentliyin mütəxəssisləri və Mehdiabad Polis Bölməsinin əməkdaşları tərəfindən birlikdə yuxarıda adı qeyd olunmuş əraziyə baxış keçirilib. Təhlükəsizliyi təmin etmək məqsədilə ərazi polis tərəfindən mühasirəyə alınıb.
Agentliyin mütəxəssisləri tərəfindən aparılan təcili təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində 1 ədəd F-1 əl qumbarası və 1 ədəd UZRQM partladıcısı aşkar olunub və zərərsizləşdirilməsi üçün götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.
Əl qumbarasının və partladıcının ətrafında 200 kv.m əraziyə yerüstü baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb.
banner

Oxşar Xəbərlər