• cümə, 29 Mart, 18:00
  • Baku Bakı 14°C

Abşeronda avtomobil piyadanı vuraraq öldürüb

02.08.17 09:50 1367
Abşeronda avtomobil piyadanı vuraraq öldürüb
Abşeronda 1 nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
"Report" xəbər verir ki, hadisə Güzdək qəsəbəsində qeydə alınıb.
"Opel" markalı avtomobil yolu keçən, təxminən 40-45 yaşlı kişini vurub. Hadisəni törətmiş sürücü hələlik kimliyi məlum olmayan zərərçəkmişi xəstəxanaya apararkən yaralı yolda dünyasını dəyişib.
Sürücü Abşeron Rayon Polis İdarəsi tərəfindən saxlanılıb.
Fakt araşdırılır.
banner

Oxşar Xəbərlər