• çərşənbə, 24 Aprel, 23:02
  • Baku Bakı 23°C

Abşeronda 62 yaşlı kişi qətlə yetirilib

14.07.14 15:29 847
Abşeronda 62 yaşlı kişi qətlə yetirilib
Abşeron rayonunda qətl hadisəsi baş verib.
Abşeron Rayon Prokurorluğundan APA-ya verilən məlumata görə, Abşeron rayon sakini, 1952-ci il təvəllüdlü Arif Məmməd oğlu Qasımov iyulun 14-də saat 02.00 radələrində kəsici deşici xəsarətlə Klinik Tibbi Mərkəzə yerləşdirilib.
Həkimlərin səyinə baxmayaraq, onu xilas etmək mümkün olmayıb.
Faktla bağlı Abşeron Rayon Prokurorluğunda cinayət işi başlanıb, hadisəni törədən şəxsin və ya şəxslərin müəyyən edilməsi istiqamətində əməliyyat axtarış tədbirləri davam etdirilir.
banner

Oxşar Xəbərlər