AZE | RUS | ENG |

Abşeronda 60-dək nümunəvi məhəllə sakinlərin ixtiyarına verilib

Abşeronda 60-dək nümunəvi məhəllə sakinlərin ixtiyarına verilib
Abşeron rayonunun inzibati mərkəzi Xırdalan şəhərində nümunəvi məhəllələrin yaradılması işi davam etdirilir. Son üç ildə Xırdalan şəhərində çoxmənzilli yaşayış binalarının həyətlərində qanunsuz zəbt edilmiş 700-dən çox daş və ya metal torla hasarlanmış ərazi sökülərək təmizlənib, park və uşaqlar üçün meydançaları olan nümunəvi məhəllələr yaradılıb.

Abşeron Rayon İcra Hakimiyyətindən AZƏRTAC –a bildirilib ki, hazırda Xırdalan şəhərində, rayonun kənd və qəsəbələrində, məhəllədaxili ərazilərdə əhalinin gəzintisi və istirahəti üçün müvafiq şərait yaradılır. Rayon rəhbərliyinin təşəbbüsü ilə icrasına başlanılan "Nümunəvi məhəllə” layihəsi çərçivəsində abadlıq-quruculuq işləri yüksək templə davam etdirilir. Rayonun müxtəlif ərazilərində 60-a yaxın nümunəvi məhəllə yaradılaraq sakinlərin ixtiyarına verilib.

Məqsəd rayon ərazisində, küçə və məhəllələrdə abadlıq işlərini intensiv və mütəşəkkil formada davam etdirmək, evləri, həyətləri, məhəllələri, küçələri daha təmiz və səliqəli saxlamaq, salınmış yaşıllıqları qorumaq, ağaclar, bitkilər əkməklə yeni-yeni yaşıllıq zolaqları yaratmaq, rayonu abadlaşdırmaqla yanaşı, həm də vətəndaş məmnunluğunu təmin etməkdir.

Belə həyətlərdən biri də 27-ci məhəllədə çoxmərtəbəli yaşayış binalarının əhatə etdiyi ərazidə Abşeron Rayon İcra Hakimiyyətinin daxili imkanları hesabına yaradılır. Layihəyə əsasən binaların giriş hissəsi təmir olunacaq, pilləkənlər yenidən qurularaq aqlay örtüklə döşənəcək, sakinlərin istirahəti üçün geniş söhbətgah quraşdırılacaq, həyət boyunca oturacaqlar qoyulacaq, ətraf ərazi asfaltlanacaq.

Rayon sakini Vəfa Əliyeva görülən işlərin hamının ürəyincə olduğunu bildirib: "İndi rayonun hər tərəfində abadlıq işləri aparılır. On beş ildir bu rayonda yaşayıram, amma belə genişmiqyaslı abadlıq işlərinin şahidi olmamışam. Yaşadığımız binanın arxa tərəfi bərbad vəziyyətdə idi. Orada nümunəvi məhəllənin yaradılacağını eşidəndə çox sevindik. İndi səbirsizliklə abadlıq işlərinin yekunlaşmasını gözləyirik”.

Sakin Əli Kamalov isə qeyd edib ki, son vaxtlar Abşeron rayonunda genişmiqyaslı yaşıllaşdırma işləri göz oxşayır: "Xırdalanda bundan əvvəl də bir neçə nümunəvi məhəllə yaradılıb. Əksər yaşayış binalarının qarşısında mini-parklar, geniş yaşıllıqlar salınıb. Görülən işlərin nəticəsidir ki, Xırdalan şəhəri ən gözəl və baxımlı məkanlardan birinə çevrilib. Bizim üçün yaradılan belə gözəl şəraitə görə ölkə rəhbərinə sakinlər adından minnətdarlığımı bildirirəm”.





Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
IRR 100 İran rialı 0.0040
GEL 1 Gürcü larisi 0.6570
GBP 1 İngilis funt sterlinqi 2.1620
TRY 1 Türk lirəsi 0.2835
KWD 1 Küveyt dinarı 5.6023
SEK 1 İsveç kronu 0.1853
EUR 1 Avro 1.9349
CHF 1 İsveçrə frankı 1.7130
USD 1 ABŞ dolları 1.7000