• cümə axşamı, 28 mart, 13:54
  • Baku Bakı 16°C

Abşeron Xəstəxanasında acınacaqlı vəziyyət yaranıb

13.06.13 14:29 1316
Abşeron Xəstəxanasında acınacaqlı vəziyyət yaranıb
Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Anar Qədirli APA-ya açıqlamasında deyib ki, araşdırmalar xəstəxananın tibb personalının şikayətinə əsasən təşkil edilib. Onun sözlərinə görə, Abşeron Mərkəzi Rayon Xəstəxananın işçilərinin etirazına səbəb xəstəxananın baş həkimi Mehriban Qaralovanın işçiləri təhqir etməsi olub:
“Xəstəxanada acınacaqlı vəziyyətlə yanaşı, baş həkimin adi davranış qaydalarına riayət etməməsi orada ciddi söz-söhbətlər yaradıb. Yaranan vəziyyətə aydınlıq gətirmək üçün Səhiyyə Nazirliyi tərəfindən 2 gündür tibb ocağında araşdırmalar aparılır və bu proses hələ bir neçə gün də davam edəcək. Hələlik araşdırma davam etdiyindən hansısa söz demək çətindir. Araşdırmalar gələn həftəyə kimi davam edəcək. Yəqin ki, işlər gələn həftə yekunlaşacaq. Komissiyanın nəticələri məlum olan kimi bu barədə ictimaiyyətə məlumat veriləcək. Bu nəticələrə əsasən, günahkar tərəf cəzalandırılacaq və onlara qarşı müvafiq tədbirlər görüləcək”.
banner

Oxşar Xəbərlər