• cümə axşamı, 28 mart, 13:17
  • Baku Bakı 16°C

Abşeron RİH-in binasında əməliyyat keçirilməyib və müavinlər həbs olunmayıb

22.06.20 15:22 1006
Abşeron RİH-in binasında əməliyyat keçirilməyib və müavinlər həbs olunmayıb
Bir neçə kütləvi informasiya vasitəsində Abşeron Rayon İcra Hakimiyyətinin (RİH) binasında əməliyyat axtarış tədbirləri həyata keçirilməsi və müavinlərin həbs olunması barədə məlumatlar dərc edilib.
Abşeron RİH-in mətbuat ximətindən bildiriblər ki, yayılan məlumatlar həqiqəti əks etdirmir. RİH binasında əməliyyat həyata keçirilməyib və müavinlər həbs olunmayıb. Hazıra müavinlərin hər biri iş başındadır.
Məsələ ilə bağlı Baş Prokurorluğun Mətbuat Xidməti də məlumat yayaraq bilirir ki, bəzi kütləvi informasiya vasitələrində Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Abşeron rayon İcra Hakimiyyətinin bir sıra vəzifəli şəxslərinin saxlanılması barədə dəqiqləşdirilməmiş informasiyalar yayılmışdır: "Cəmiyyətdə çaşqınlığa səbəb ola biləcək informasiyaların yayılmasının qarşısının alınması məqsədilə bu qəbildən olan məlumatların Baş Prokurorluğun Mətbuat xidməti ilə dəqiqləşdirilməsi xahiş olunur”.
banner

Oxşar Xəbərlər