• çərşənbə, 24 Aprel, 00:54
  • Baku Bakı 14°C

ABŞ yığması sərbəst güləş üzrə dünya kubokuna sahib çıxıb

09.04.18 09:50 1071
ABŞ yığması sərbəst güləş üzrə dünya kubokuna sahib çıxıb
Xəbər verildiyi kimi, aprelin 7-8, ABŞ-ın Ayova ştatının Ayova-Siti şəhərində sərbəst güləş üzrə dünya kuboku yarışları keçirilib.
AZƏRTACxəbər verir ki, "B” qrupunda yer almış Azərbaycan milli yığması aprelin 7-də Kuba yığmasını 8:2, Qazaxıstan milli yığmasını isə 9:1 hesabı ilə udaraq, aprelin 8-də Monqolustan yığmasına 7:3 hesabı ilə qalib gəlib. Nəticədə millimiz yarışların final mərhələsinə yüksəlib.
Carver-Hawkeye Arenasında keçirilmiş final mübarizəsində ev sahibi ABŞ yığması milli yığmamıza 6:4 hesabı ilə qalib gəlib. Beləliklə, ağır mübarizədən sonra, sərbəst güləşçilərimiz yarışlarda ikinci yer tutublar. Kuba yığmasına 6:4 hesabı ilə qalib gələn Yaponiya yığması isə üçüncü yerə sahib çıxıb.
ABŞ-ın sərbəst güləş üzrə milli yığması Dünya çempionatı çərçivəsində 2003-cü ildən bəri ilk dəfə birinci yerə yüksəlib.
Final oyunlarının nəticələri haqqında danışan ABŞ yığmasının baş məşqçisi Bill Zadik Amerika idmançılarının əla çıxış etdiyi və böyük səy göstərdiyini bildirib. Zadik deyib: "Biz bilirdik ki, Azərbaycan çətin rəqibdir və matç ağır keçəcək və elə də oldu. Məncə, idmançılarımız əla mübarizə apardılar. ABŞ-ın kuboku qazanmasına çox sevinirəm.”
banner

Oxşar Xəbərlər