• cümə, 19 Aprel, 16:21
  • Baku Bakı 25°C

ABŞ yeni sanksiyalar tətbiq edərsə, Rusiya istiqrazlarını geri ala bilər

16.12.17 19:01 2504
ABŞ yeni sanksiyalar tətbiq edərsə, Rusiya istiqrazlarını geri ala bilər
Rusiya Bankı (Mərkəzi Bank) ABŞ sanksiyaları da daxil olmaqla xarici şoklara qarşı müdaxiləyə hazırlaşır. "Report" "Forexpf.ru" saytına istinadən xəbər verir ki, bunu
Rusiya Bankının rəhbəri Elvira Nabiullina bəyan edib.
E.Nabiullina bildirib ki, "xarici bazarlarda volatillik yarana bilər. Lakin bu, qısamüddətli olacaq. Mərkəzi Bankın əlində hər cür müdaxilə alətləri mövcuddur".
Qeyd edək ki, avqust ayında ABŞ Prezidenti Donald Tramp Rusiyaya qarşı yeni sanksiyaların tətbiqi barədə qanun imzalayıb. Sanskiyaların Rusiyanın borcuna tətbiq edilməsi nəzərdə tutulur. Fevralda ABŞ Konqresi bu addımı müzakirə etmək üçün toplanacaq. E.Nabiullina qeyd edibki, "əgər belə bir qərar verilərsə, Rusiya Bankı suveren borcunu geri ala bilər. Bu, məqsədəuyğun sayılmasa da, mümkün variantdır".
Xatırladaq ki, hazırda Rusiya daxili dövlət borcunun 33%-i və ya 37 mlrd. dollarlıq hissəsi xarici investorların balansındadır.

banner

Oxşar Xəbərlər