• cümə, 19 Aprel, 14:44
  • Baku Bakı 25°C

ABŞ yeni nüvə bombasını sınaqdan keçirdi

10.07.15 10:18 1516
ABŞ yeni nüvə bombasını sınaqdan keçirdi
ABŞ Nüvə Təhlükəsizliyi üzrə Milli Administrasiyası və Hərbi-Hava Qüvvələri iyulun 1-də “B61-12” nişanlı yeni nüvə bombasını sınaqdan keçirib.

“Gazeta.ru”nun verdiyi xəbərə görə, bu barədə qurumun saytında dərc edilmiş məlumatda bildirilir.
Məlumata görə, döyüş başlığı olmayan “B61-12” bombası Nevada ştatındakı Tonopa poliqonunda sınaqdan keçirilib. Sınağın uğurlu keçdiyi qeyd olunur.
Həmçinin qeyd olunur ki, ilin sonunadək “B61-12” bombasının daha iki dəfə sınaqdan keçirilməsi planlaşdırılır.
banner

Oxşar Xəbərlər