AZE | RUS | ENG |

ABŞ Yaxın Şərqə əlavə 1500 hərbçi göndərib

ABŞ Yaxın Şərqə əlavə 1500 hərbçi göndərib
ABŞ İranın yaratdığı təhlükənin qarşısını almaq məqsədilə Yaxın Şərqə 1500 hərbçi göndərib.
AZƏRTAC xəbər verir ki, bunu ABŞ-ın müdafiə naziri vəzifəsini icra edən Patrik Şanahan özünün "Twitter” hesabında yazıb. Onun sözlərinə görə, bölgəyə göndərilən hərbçilər ABŞ-ın maraqlarını qoruyacaqlar.
İran mətbuatı isə qeyd edir ki, Ağ Ev regionda hərbi-siyasi vəziyyəti gərginləşdirməyə çalışır. Yaxın Şərq ABŞ sərhədlərindən minlərlə kilometr məsafədə yerləşir. Bu regionda ABŞ-ın milli maraqları yox, dünyaya hegemonluq etmək marağı var.
Qeyd etmək lazımdır ki, hər iki tərəf rəsmi səviyyədə müharibənin baş verməsini arzuolunmaz hesab edir. Buna baxmayaraq, həm rəsmi Tehran, həm də Vaşinqton regiondakı hərbçilərinin sayını artırır və hərbi təchizatı gücləndirirlər.




Paylaş:

Facebook-da

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.9164
GEL 1 1 Gürcüstan larisi 0.6204
GBP 1 1 İngiltərə funt sterlinqi 2.1547
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1791
CHF 1 1 İsveçrə frankı 1.7099
KWD 1 1 Küveyt dinarı 5.5942
TRY 1 1 Türkiyə lirəsi 0.2892