AZE | RUS | ENG |

ABŞ və Türkiyə Suriya üzrə danışıqlarda irəliləyişə nail olublar

ABŞ və Türkiyə Suriya üzrə danışıqlarda irəliləyişə nail olublar
Türkiyə və ABŞ Ankarada keçirilən danışıqlar zamanı Suriyanın şimal-şərqində təhlükəsizliyin təmin edilməsi üzrə davamlı mexanizmin yaradılması istiqamətində əhəmiyyətli irəliləyişə nail olublar.
Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, bunu ABŞ dövlət katibi Mayk Pompeo öz "Twitter" səhifəsində yazıb.
M.Pompeo bildirib: "Şadam ki, ABŞ və Türkiyə arasında keçirilən danışıqlar Suriyanın şimal-şərqində təhlükəsizliyin təmin edilməsi ilə bağlı problemlərin həlli üzrə davamlı mexanizmin yaradılması istiqamətində əhəmiyyətli irəliləyişə nail olublar. Təhlükəsizlik zonalarının yaradılması sülh və təhlükəsizliyə nail olmaq yolunda böyük bir addım olardı".

Xatırladaq ki, ötən gün ABŞ hərbçilərindən ibarət nümayəndə heyəti Suriyada təhlükəsizlik zonalarının yaradılmasını müzakirə etmək üçün Türkiyəyə səfərə gediblər.



Paylaş:

Facebook-da

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.884
GEL 1 1 Gürcüstan larisi 0.5797
GBP 1 1 İngiltərə funt sterlinqi 2.0603
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1764
CHF 1 1 İsveçrə frankı 1.73
KWD 1 1 Küveyt dinarı 5.5892
TRY 1 1 Türkiyə lirəsi 0.2966