• cümə, 29 Mart, 12:09
  • Baku Bakı 14°C

ABŞ və Səudiyyə Ərəbistanı İrana qarşı səylərini əlaqələndirəcək

21.05.17 09:10 665
ABŞ və Səudiyyə Ərəbistanı İrana qarşı səylərini əlaqələndirəcək
ABŞ və Səudiyyə Ərəbistanı İrana qarşı mövqelərini və bütün səylərini sıx şəkildə əlaqələndirəcəklər. APA-nın "RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə ABŞ dövlət katibi Reks Tillerson bildirib.
"Biz İrana, xüsusən, ekstremizm, ekstremizmin ixracı, əcnəbi terrorçuların və silahlı dəstələrin dəstəklənməsinə qarşı yönələn səylərimizi sıx şəkildə əlaqələndiririk. İran onlara Yəmən,İraqvə Suriyada dəstəkləyir”, - deyə Tillerson Ər Riyadda Səudiyyə Ərəbistanının XİN rəhbəri Adil əl Cubeyrlə keçirdiyi mətbuat konfransında bildirib.
banner

Oxşar Xəbərlər