AZE | RUS | ENG |

ABŞ və Rusiya yenə ən böyük silah ixracatçısıdırlar

ABŞ və Rusiya yenə ən böyük silah ixracatçısıdırlar
Stokholm Sülh Problemlərinin Tədqiqatı İnstitutunun (SIPRI) martın 11-də dərc olunmuş yeni tədqiqatının nəticələrində dünyada silah ticarətinin hazırkı vəziyyəti əks edilib. AZƏRTACTASS agentliyinə istinadla xəbər verir ki, hesabatda 2014-2018-ci illərdə ABŞ və Rusiyanın ən böyük silah ixracatçıları olduqları qeyd olunub.
Sənəddə bildirilir ki, hesabat dövründə Rusiyanın silah ixracı 2009-20013-cü illərə nisbətən 17 faiz azalıb. Bunun əsas səbəbi Moskvanın Hindistan və Venesuelaya silah satışını azaltmasıdır. Rusiya hesabat dövründə 48 ölkəyə silah satıb və bu ticarətin 55 faizi Hindistan, Çin və Əlcəzairin payına düşür.
Bunun əksinə olaraq, ABŞ-ın silah ticarəti 29 faiz artıb. Əsas silahların satışı üzrə Birləşmiş Ştatlar Rusiyadan 75 faiz üstündür. Bu rəqəm ötən hesabat dövründə cəmi 12 faiz olub. Son 5 ildə Vaşinqton dünyanın 98 ölkəsinə silah satıb. Bunların əksəriyyəti yüksək texnologiyalı silahlar – hərbi təyyarələr, orta mənzilli qanadlı və ballistik raketlər, idarəolunan bombalardır.
Ümumilikdə isə, 2014-2018-ci illərdə silah ticarətində 7,8 faizlik artım qeydə alınıb. Ən böyük 5 silah ixracatçısı – ABŞ, Rusiya, Fransa, Çin və Almaniyanın payına ümumi silah tədarükünün 75 faizi düşür. ABŞ və Rusiya isə bu bölgüdə 57 faizlik paya sahibdirlər.
Ən çox silah alan isə Yaxın Şərq ölkələri – Səudiyyə Ərəbistanı, İraq, Misir, Qətər, İsraildir. Silah ixracatçıları arasında isə Almaniya və Fransanın ticarətinin həcmi müvafiq olaraq 13 və 43 faiz artıb. ən böyük artım Çinin silah ixracında olub (196 faiz). Cənubi Koreya, İsrail, Türkiyə də kiçik ixracatçılar arasındadırlar.
Hesabata görə, son 5 ildə silah idxalını ən çox artıran Səudiyyə Ərəbistanı olub (192 faiz).

Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.9005
GEL 1 1 Gürcüstan larisi 0.6199
GBP 1 1 İngiltərə funt sterlinqi 2.1746
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1763
CHF 1 1 İsveçrə frankı 1.6843
KWD 1 1 Küveyt dinarı 5.5868
TRY 1 1 Türkiyə lirəsi 0.2798