• cümə, 19 Aprel, 09:27
  • Baku Bakı 13°C

ABŞ və Rusiya Suriyada təhlükəsizliyə dair mexanizmi bərpa ediblər

14.04.17 09:10 721
ABŞ və Rusiya Suriyada təhlükəsizliyə dair mexanizmi bərpa ediblər
ABŞ və Rusiya Suriyada hərbçilər arasında münaqişələrin qarşısının alınması mexanizmini bərpa ediblər.
APA-nın "RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Dövlət Departamentinin nümayəndəsi Mark Toner bildirib.
"Onun nə dərəcədə dəyişdiyini deyə bilmərəm, lakin, mənim bildiyimə görə, o qüvvədədir”, - deyə məmur bildirib.
Jurnalistlərdən biri Rusiyanın bir müddət əvvəl qeyd olunan mexanizmi dayandırdığını Mark Tonerə xatırladıb. "O artıq bərpa olunub”, - deyə Toner cavabında bildirib.
Qeyd edək ki, ABŞ-ın aprelin 7-dəSuriyaaviabazasına raket zərbəsi endirməsindən sonra Moskva Vaşinqtonla imzaladığı təhlükəsizlik memorandumunu dayandırmışdı.
banner

Oxşar Xəbərlər